Interposta.Info

“Aclığı dayandırın...” - Hüquq müdafiəçisi çağırış etdi

Ölkə
 19-12-2022, 15:46     277

"Mən Bəxtiyar Hacıyevdən xahiş edirəm ki, aclıq aksiyasını dayandırsın”.

Bunu "İnterPosta"-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Bəxtiyar Hacıyevin aclıq aksiyasını davam etdirməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Hüquq müdafiəçisi vurğulayıb ki, bu günə kimi həbs olunan şəxslərdən çoxu açlıq aksiyası keçirib, amma bu heç kimə xeyir gətirməyib: "Açlıq aksiyası vəziyyətdən çıxış yolu deyil”.

Novella Cəfəroğlu istər Bəxtiyar Hacıyev, istərsə də Əvəz Zeynalının həbsi ilə bağlı təkliflərini bildirib: "Biz sözümüzü demişik, indiki zamanda istər Bəxtiyar Hacıyev, istər Əvəz Zeynallı olsun, onları həbs etmək düzgün deyil. Hər kəs, beynəlxalq təşkilatlar bizə yazırlar, gülürlər. İndiki zamanda bunu eləmək kimə lazım idi? Mən bunu başa düşə bilmirəm, lap belə bunların günahı olsa da, indiki vaxtda bu qərar düzgün deyil. Müharibədən çıxan bir ölkəyik, beynəlxalq təşkilatlar üstümüzə gəlir, bizi hər şeydə suçlayırlar. Bu vacibdir? Çox istərdim ki, onunla görüşə bilək, amma bizi onun yanına buraxmazlar”.

“Aclığı dayandırın...” - Hüquq müdafiəçisi çağırış etdi

Qeyd edək ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi 221.3 (xuliqanlıq) və 289.2 (məhkəməyə hörmətsizlik) üzrə cinayət işi açılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26