Lahıcda “Jeep” qarda qaldı - VİDEO
İsmayıllıda avtomobil buzlu yolda qalıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Lahıc qəsəbəsində içərisində 2 nəfərin olduğu “Jeep” markalı minik avtomobilinin yolsuzluq şəraitində qalması səbəbi ilə “112” qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Görülən tədbirlər nəticəsində avtomobil təhlükəsiz əraziyə çıxarılıb və hərəkəti təmin edilib.
İnterPosta.info
[frame=https://baku.tv/embed/73211' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen]
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



