Interposta.Info

Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 5-ə çatdı

Ölkə
 11-02-2023, 09:00     252

Bu günə qədər 5 nəfər Azərbaycan Respublikası vətəndaşı Türkiyədə baş verən zəlzələdə həlak olub.

"İnterPosta" xəbər verir ki, bu, XİN-in Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi və həlak olmuş Azərbaycan Respublikası vətəndaşları barədə mətbuat məlumatında qeyd edilib.

Bildirilib ki, 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək. Digər 4 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26