Interposta.Info

Almaniya 2017-dən bəri ilk dəfə Türkiyəyə gələn turist sayında Rusiyanı qabaqladı

Ölkə
 1-02-2023, 14:56     178

2022-ci ildə Türkiyəyə ən çox Almaniya vətəndaşı səfər edib. Yanvar-dekabr aylarında Türkiyəyə 5,6 milyon alman səfər edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,74% çoxdur, rusiyalılar ikinci yerdədir - 5,2 milyon (11,74%), Britaniya vətəndaşları üçüncü yerdədir - 3,3 milyon (7,56%) nəfər.

"İnterPosta"xəbər verir ki, bu barədə "Sözcü” Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat yayıb.

2022-ci ilin yanvar-dekabr aylarında ölkəyə gələn xarici turistlərin ümumi sayı 44 milyon 564 min 395 nəfər olub.

Müharibənin təsiri ilə Türkiyəyə gələn ukraynalı turistlərin sayı bir ildə 2 milyondan 675 minə qədər azalıb. Rusiya son 6 ildə ilk dəfə liderliyi itirib.

"Hürriyet”in məlumatına görə, 2022-ci ildə Türkiyədə turizm gəlirləri əvvəlki illə müqayisədə 53,4% artaraq 46,3 milyard dollara çatıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26