Interposta.Info

Son sutkanın yoluxma statistikası

 

Ölkə
 31-01-2023, 17:09     113

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 654 nəfər müalicə olunaraq sağalıb, hazırda 205 aktiv xəstə var. Bu günə qədər 10 085 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 256, bu günə qədər isə ümumilikdə 7 487 550 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 444 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 150, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 942 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 031, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 964, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 262 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26