Interposta.Info

Son sutkanın yoluxma statistikası

Ölkə
 18-10-2022, 16:50     232

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, hazırda 412 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 780, bu günə qədər isə ümumilikdə 7 293 381 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 676 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 142, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 290, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 903 469, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 027, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 566, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 519 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26