Interposta.Info

AZAL üç ölkəyə əlavə reyslər açır

Ölkə
 17-01-2023, 21:59     203

"Azərbaycan Hava Yolları” QSC (AZAL) novruz bayramı ərəfəsində Azərbaycandan Rusiya, Çexiya və Qazaxıstanın şəhərlərinə əlavə reyslər açır.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, bundan başqa, aviaşirkət Bakı-Praqa-Bakı istiqamətində yay cədvəli çərçivəsində də biletlərin satışını elan edir.

Sankt-Peterburq, Mineralnıye Vodı, Həştərxan, Ufa, Praqa və Aktau şəhərlərinə uçuşların cədvəli ilə aviaşirkətin www.azal.az saytında tanış olmaq mümkündür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26