Interposta.Info

AZAL fəaliyyətini məhdudlaşdırır - Reyslər dayandırılır

İqtisadiyyat
 28-09-2020, 12:27     585

Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.

Bu barədə "İnterPosta"ya AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar, "Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb.

Eyni zamanda, AZAL aviaşirkətinin 1 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin 2 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib.

AZAL aviaşirkətinin ləğv edilmiş reyslərinin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər.

Bundan əlavə, Fly Dubai aviaşirkəti 29 sentyabr, 1 və 3 oktyabr tarixlərinə nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, "Aeroflot" aviaşirkəti 1 və 4 oktyabr tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və "Belavia" aviaşirkəti 2 və 4 oktyabr tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26