Interposta.Info

Məktəblərdə qış tətilinin vaxtı açıqlandı

Ölkə
 13-01-2023, 20:09     165

Azərbaycanda məktəblilər üçün 27-31 yanvar tarixlərində qış tətili olacaq.

İnterPosta.info
xəbərinə görə, bu barədə məlumat "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında" əmrdə öz əksini tapıb.

Dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26