Qobustanda dəhşətli qəza: Bir neçə maşın yandı, ölən var (YENİLƏNİB/FOTO/VİDEO)

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.
BDYPİ-dən "İnterPosta"ya bildirilib ki, bu gun Bakı-Qazax yolunun 55-ci km-də yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.
Hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir.
Qəzada "Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, "Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı və "KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Nəticədə yanacaqdaşıyan "Mercedes” markalı avtomobilin sürücüsü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən isə bildirilib ki, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.
Qeyd edilib ki, bu gün səhər saatlarında FHN-in "112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə nəticəsində ilkin məlumata əsasən, bir nəfər həlak olub.
Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
09.50
Qobustanda "KamAZ” markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İnterPosta"ya bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb.
Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.
Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində iş aparılır.
Ərazidə təhlükəsizlik tədbirləri görülür.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26