Interposta.Info

Bu məhsul bir il müddətinə gömrük rüsumundan azad edildi

Ölkə
 30-12-2022, 21:55     307

Azərbaycana idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digərləri 2023-cü il dekabrın 31-dək 15 faizlik gömrük rüsumundan azad edilib.

"İnterPosta"xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.

Eyni zamanda, "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat olan aksiz dərəcəsinə güzəşt tətbiq edilib və 2023-cü il dekabrın 31-dək 1 manat müəyyənləşdirilib. Bu qərar reaktiv mühərriklər üçün digər yanacaq növlərinə də şamil edilib.Bu məhsul bir il müddətinə gömrük rüsumundan azad edildi

Azərbaycana idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digərləri 2023-cü il dekabrın 31-dək 15 faizlik gömrük rüsumundan azad edilib.

"İnterPosta"xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.

Eyni zamanda, "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat olan aksiz dərəcəsinə güzəşt tətbiq edilib və 2023-cü il dekabrın 31-dək 1 manat müəyyənləşdirilib. Bu qərar reaktiv mühərriklər üçün digər yanacaq növlərinə də şamil edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26