Interposta.Info

Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralananlar var
 

Ölkə
 30-12-2022, 09:37     330

Bakı-Qazax şosesində ağır yol qəzası baş verib.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi "VAZ-21014” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "KamAz” markalı yük maşınına çırpıb.
Ətraflı

Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26