Interposta.Info

Daha bir polis əməkdaşı qəzada öldü

Ölkə
 17-12-2021, 08:55     339

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Nuriyev Əli Rəfael oğlu idarə etdiyi "KİA” markalı avtomobillə dairədə "MAN” markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sürücüsü Ə.Nuriyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır.

Hadisə zamanı o, işdən çıxaraq evə gedirmiş.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26