Qəzada ölən Nurlan tələbə imiş...
Dekabrın 25-də İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo”nun məlumatına görə, rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW” və "Honda” markalı avtomobillər toqquşması nəticəsində ölən Nurlan Nağıyev tələbə olub.
Belə ki, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub. O, "Məşqçilik-2” fakültəsində cüdo ixtisası üzrə təhsil alırdı.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


