Interposta.Info

Paata Grineviç Bakıda mənzillərdən necə oğurluq edib? (VİDEO)

Ölkə
 26-12-2022, 17:16     212

Bakıda silsilə mənzil oğurluqları edən 54 yaşlı Gürcüstan vətəndaşı Paata Grineviçə hökm oxunub.

Ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Məlum olub ki, 1968-ci ildə Gürcüstan Respublikasının Xoni şəhərində anadan olan Paata Grineviç 2012-ci ildən Bakıya gəlib-gedirmiş. Milliyətcə gürcüdür. 2012-ci ildə milliyətcə azərbaycanlı olan Rusiya vətəndaşı ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş və həmin vaxtdan birgə yaşayırlar.

12 iyun 2022-ci il tarixdə gecə saat 23:15-də arvadı ilə birlikdə Tiflisdən Bakı şəhərinə oğurluq məqdəsi ilə gəlib.

Bu məqsədlə o, 14 iyun 2022-ci il saat 14 radələrində Tiflisdən gələrkən özü ilə götürdüyü vintaçan və digər alətləri götürüb Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19 ünvanına gedib, binanın həyətində bir neçə dəqiqə gəzişdikdən sonra, 35 nömrəli bloka daxil olaraq yeddinci mərtəbəyə qalxıb. Bir neçə dəqiqə gözlədikdən sonra 17 nömrəli mənzildən səs eşidilmədiyini görüb və özü ilə götürdüyü alətlərdən istifadə etməklə həmin mənzilin giriş qapısının kilidini açıb, yataq otağındakı şkafdan həmin evdə kirayədə yaşayan Pərvanəyə (şərti) məxsus 6000 manat məbləğində pulu, bir ədəd 1300 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı 7 qramlıq nişan üzüyünü və bir ədəd 3700 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 38 qramlıq boyunbağı, qolbaq, üzük, sırğa dəstini götürüb. Ümumilikdə ona 11000 manat məbləğində ziyan vurub.

21 iyun 2022-ci il tarixdə Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 39A ünvanında yerləşən doqquz mərtəbəli köhnə binanın həyətinə gəlib, 6-cı mərtəbəyə qalxaraq, həmin mərtəbədə yerləşən mənzildən səs gəlmədiyini görüb, mənzilin giriş qapısının kilidini açıb. Evə daxil olub, oradan bir ədəd üzərində qaşları olan sarı rəngli qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd üzərində qaşları olan ağ rəngli qızıldan hazırlanmış kişi üzüyü, bir ədəd gümüşdən hazırlanmış qadın üzüyü, bir ədəd gümüşdən hazırlanmış sırğa cütü və bir ədəd gümüşdən hazırlanmış kulon götürüb.

O, 22 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26