Interposta.Info

50 minlik oğurluq edən sevgililərə

Ölkə
 8-05-2017, 12:16     944

Bakıda mənzillərdən birindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqdirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 9 il azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, dövlət ittihamçısı hər iki şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

F.Əhmədov və N.Ağayeva ötən il iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manat dəyərində qızıl əşyalar oğurlamaqda təqsirli bilinərək həbs ediliblər.

F.Əhmədov və N.Ağayeva Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Əhmədov və Ağayevanın yaxın münasibətləri olub. Məhkəmə istintaqı zamanı məlum olub ki, Səadət Səmədovaya dəymiş zərər ödənilməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26