Interposta.Info

Azərbaycanda daha 107 nəfər COVID-19-a yoluxub - FOTO

Ölkə
 20-12-2022, 18:31     270


Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, 9 997 nəfər vəfat edib, aktiv xəstə sayı 586 nəfərdir.

Ölkədə son sutka ərzində 2 253, hazırkı dövrədək isə 7 410 224 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26