Interposta.Info

Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub, 1226 nəfər sağalıb, 31 nəfər vəfat edib

Gündəm
 30-11-2020, 18:46     680

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ay verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib, aktiv xəstə sayı 44 882 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 342 ötən müddət ərzində isə ümumilikdə 1 728 577 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26