Interposta.Info

Bakı-Quba yolunda dəhşətli qəza: Mikroavtobusla TIR toqquşdu, 6 nəfər öldü

Ölkə / Manşet
 15-12-2022, 11:35     243

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Bu barədə "İnterPosta"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vita" markalı mikroavtobusla TIR toqquşub.

İlkin məlumata görə, 6 nəfərin öldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26