Interposta.Info

Bakı-Quba yolunda avtobus qəzası: ölən və yaralananlar var

Müxtəlif
 18-07-2018, 13:12     10 476

Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəsisi Səfayə Əhmədovanın "Report”a verdiyi məlumata görə, sərnişin avtobusu "Nissan” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "Nissan”ın sürücüsü ölüb. Əraziyə 6 "Təcili yardım" maşını göndərilib.

Yaralılardan 6 nəfərinə hadisə yerində yardım göstərilib, daha 4 nəfər isə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan üç nəfərinin vəziyyəti ağırdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26