Interposta.Info

Türkiyə vətəndaşları Bakı-Quba yolunda qəzaya düşdü

Ölkə
 5-10-2017, 18:17     9 229

Bu gün gecə saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb

interposta.info-ın APA-ya istinadən verdiyi məlumata görə, magistralın 74-cü km-də, Siyəzən rayonu ərazisində “Toyota Prado” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

Nəticədə avtomobildə olan iki Türkiyə vətəndaşı xəsarət alıb. Turha Tozkoparan və Burhan Şimşək Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Hər iki şəxs bu gün səhər saatlarında Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26