Interposta.Info

İkisini evdə, ikisini də qəbiristanlıqda qətlə yetirib - Beyləqandakı cinayətin təfərrüatı

 

Ölkə
 3-12-2022, 11:51     297

Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsinin bəzi təfərrüatları üzə çıxıb.

"İnterPosta" apa-ya istinadən xəbər verir ki, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.

Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.

Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Fuad Cəlilzadə ana ilə atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

Xatırladaq ki, 27 yaşlı Fuad Cəlilzadə düşmənçilik zəminində ailənin 4 üzvünü - Quliyev Nadir Cümşüd oğlu, Quliyeva Tərgül Sərxan qızı, Quluzadə Amin Nadir oğlu və Quluzadə Xəyal Nadir oğlunu qətlə yetirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26