Interposta.Info

Qayınatasını qətlə yetirən Talehin dörd ay əvvəl toyu olubmuş

Ölkə
 19-05-2022, 09:59     334

Bakının Suraxanı rayonunda kürəkən qayınatasını bıçaqlayaraq qətlə yetirib.

“Qafqazinfo” cinayət hadisəsi ilə bağlı bəzi məlumatları əldə edib.

Qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovla birgə tikintidə fəhlə işləyirmiş. Taleh dörd ay öncə hadisə nəticəsində ölən Qabil Qənbərovun qızı ilə evlənib.

Yaxınları onların mehriban münasibətlərinin olduğunu bildiriblər. Bu səbəbdən belə bir hadisənin baş verməsi qohumların da təəccübünə səbəb olub.

Qeyd edək ki, faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26