Interposta.Info

Şirkət rəhbərinin oğlu Ali Məhkəməyə müraciət etdi

Ölkə
 18-11-2022, 09:44     293

Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Emin Namazovun barəsində olan hökmdən kassasiya şikayəti verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, hökmdən narazı qalıb və Ali Məhkəməyə müraciət edib. Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Namazov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Omaks-3” MTK-da rəhbər vəzifə tutmuş Emin Namazov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir. İş üzrə 19 zərərçəkmiş var. Zərərçəkmişlərdən bir çoxu ilə barışıq əldə edilib.

Emin Namazovun atası Tapdıq Namazov da Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbəri kimi bir mənzili bir neçə vətəndaşa sataraq, 18 nəfərə ümumilikdə 568 min manat ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26