Həbsdə olan NİDA üzvü Ali Məhkəməyə müraciət edib
Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində olan məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
"Report"un məlumatına görə, Ali Məhkəməyə təqdim edilən şikayətdə E.Qəhrəmanlı barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
İşə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, E.Qəhrəman narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Qəhrəmanlı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26