Interposta.Info

Noyabrda 10 gün iş olmayacaq

Ölkə
 1-11-2022, 12:20     204

Noyabr ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətindən "İnterPosta"ya verilən məlumata görə, bu ay 4 gün ardıcıl iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına görə isə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Bununla da noyabrda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26