Interposta.Info

Noyabr ayının qeyri-iş günləri

Ölkə
 1-11-2019, 18:36     10 421

Noyabr ayında qeyri-iş günləri açıqlanıb.

"İnterPosta.info"-nun xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür.

Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, yəni 11 noyabr tarixi də qeyri-iş günü olacaq.

Beləliklə, şənbə günü də nəzərə alınarsa, ardıcıl olaraq noyabrın 9-u (şənbə), 10-u (bazar) və 11-i (bazar ertəsi) ölkədə qeyri-iş günüdür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26