Noyabrda ardıcıl 4 gün iş olmayacaq
İş və istirahət günlərinin yerləri dəyişdirilib.
"İnterPosta" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istrahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, 6 noyabr bazar günü, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Dövlət Bayrağı Günüdür. Beləliklə, ardıcıl 4 gün - 6, 7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26