Interposta.Info

Qurban bayramı ilə bağlı iş günlərinin yeri dəyişdirildi: 4 gün istirahət olacaq

Ölkə
 1-07-2021, 20:31     467

Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.

"İnterPosta" xəbər verir ki, qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.

Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.

Beləliklə iyulun 17-də ölkədə iş günü, 18,19,20,21-də isə qeyri-iş günləri olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26