Interposta.Info

İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)

 

Ölkə / Manşet
 25-10-2022, 19:18     272

İlin ikinci Günəş tutulması olub.

"İnterPosta" xəbər verir ki, bu hadisə Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunub.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə edilib. Bakıda tutulma hadisəsi 13:59-də başlayıb və 16:30-da sona çatıb.

İlin ikinci Günəş tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından "İnterPosta"ya verilən xəbərə görə, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatacaq.

Tutulmanın maksimumu saat 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edəcək. Bu təbiət hadisəsimi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, 2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26