Interposta.Info

Oktyabrın 25-də Günəş tutulması olacaq

 

Ölkə / Manşet
 10-10-2022, 14:37     289

2022-ci il oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək.

"İnterPosta" xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrasından xəbər verilib. Bildirilib ki, tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26