Interposta.Info

Son sutkada 5 nəfər koronavirusa yoluxub

 

Ölkə
 24-10-2022, 19:05     199

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 677 nəfər müalicə olunaraq sağalıb, hazırda 345 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 345, bu günə qədər isə ümumilikdə 7 307 057 test icra olunub.

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 vaksin vurulub.

Ötən sutkada koronavirus əleyhinə cəmi bir vaksin vurulub. Son sutkada üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 907 099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 388 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 038, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 736 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26