Interposta.Info

Ötən gün neçə nəfər koronavirusa yoluxub?

 

Ölkə
 12-10-2022, 18:15     215

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 68 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 950 nəfər müalicə olunaraq sağalıb, hazırda 465 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 518, bu günə qədər isə ümumilikdə 7 280 330 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 704 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 258, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 236, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 899 677, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 386 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 236, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 382 157, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 266 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26