Interposta.Info

Şəki sakinləri toyda qidadan zəhərləndilər - SİYAHI

Ölkə
 21-10-2022, 09:17     331

Şəki şəhərində keçirilən toy məclisində qida zəhərlənməsi baş verib.

Hadisə rayonun Şin kəndində keçirilən toyda olub.

Rayonun Baş Göynük kənd sakinləri - 1958-ci il təvəllüdlü Əsgər Qara oğlu Əsgərov, 1961-ci il təvəllüdlü Sənyarə İbrahim qızı Aslanova, 1975-ci il təvəllüdlü Vüsalə Sabir qızı Aslanova, 1953-cü il təvəllüdlü Rəcəb Şərif oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Bahar Musa qızı Cəfərova, 1962-ci il təvəllüdlü Surayə Həsən qızı Cəfərova, eyni zamanda, Balakən rayon sakini 1958-ci il təvəllüdlü Hidayət Həsən oğlu Aydəmirov və qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Onlardan müvafiq nümunələr götürülüb və evə buraxılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olmuş məlumat əsasın Şəki Şəhər Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən şadlıq sarayına baxış keçirilib:

“İstifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib. Xəstəxanaya müraciət edən 7 nəfərin hər birinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb və hazırda faktla bağlı araşdırma aparılır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26