Interposta.Info

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır

Ölkə / Manşet
 20-10-2022, 17:26     307


Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.

"İnterPosta" DHA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddətinin uzadılması ilə bağlı TBMM-yə sənəd göndərib.

Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26