Interposta.Info

Səhiyyə naziri türk mütəxəssisi vəzifəyə təyin etdi (ƏMR)

Ölkə
 11-10-2022, 14:38     480


Türkiyəli mütəxəssis, Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib.

Bu barədə "İnterPosta"ya ATU-dan məlumat verilib.

Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26