Interposta.Info

Səhiyyə nazirinə 3 yeni müavin təyin olundu

 

Ölkə
 4-02-2022, 09:58     319

Səhiyyə naziri Teymur Musayevə 3 yeni müavin təyin olunub.

Səhiyyə Nazirliyindən "interPosta"ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncamlar imzalayıb.

3 fevral 2022-ci il tarixli sərəncamlarla İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.

Dövlət başçısının digər sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26