Interposta.Info

Gənclər və idman nazirinin müavinləri işdən çıxarıldı, yeniləri təyin olundu (SƏRƏNCAM)
 

İdman / Manşet
 29-11-2021, 21:40     382

Azərbaycanın gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb.

"İnterPosta" xəbər verir ki, bununla bağlı noyabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar.

Qeyd edək ki, M.Vasileva əslən bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26