Interposta.Info

Sabah Bakıda güclü külək əsəcək

Ölkə
 28-09-2022, 12:47     248

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26