Interposta.Info

İldırım Kasimov vəfat etdi (FOTO)

Ölkə
 15-09-2022, 15:01     279

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İldırım Kasimov vəfat edib.

Bu barədə "İnterPosta"-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İldırım Kasimov 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ.Kasimov 1933-cü il dekabrın 7-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Bakı Hərbi məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1956-cı ildən başlayan İ.Kasimov müxtəlif vəzifələrdə - Azərbaycan Dövlət Filarmoniyasında inzibatçı, konsert şöbəsinin müdiri, Mahnı və Rəqs Ansamblının direktoru vəzifələrində çalışıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26