Interposta.Info

Azərbaycanın xalq artisti vəfat etdi (FOTO)

Manşet / Maqazin
 19-05-2022, 22:42     830

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

"İnterPosta"xəbər verir ki, sənətkar bu gün 75 yaşında dünyasını dəyişib.

Əsədov Vaqif Firudin oğlu 5 aprel 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb.

1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub. Teatr səhnəsində oynanılan üç tamaşadan sonra o vaxt üçün çox böyük hesab olunan Lenin Komsomolu mükafatı laureatı adına layiq görülüb. Vaqif Əsədov hələ aktyor kimi işləyərkən yadda qalan bir çox obrazlar yaradıb. Rejissor kimi onun Naxçıvan teatrında hazırladığı "Elektra" tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilib.
Ətraflı

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

Vaqif Əsədov 1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı, 1986-ci ildə "Şərəf nişanı" ordeni, 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı, 2002 və 2004-cü illərdə Prezident mükafatı, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır.

Mərhum aktrisa Zemfira Əliyevanın həyat yoldaşı, rejissor və aktyor Rüfət Əsədovun əmisioğludur.

Azərbaycanın xalq artisti vəfat etdi (FOTO)


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26