Interposta.Info

Prokuror Elmar Vəliyevin qardaşına qarşı dələduzluqda ittiham olunan şəxsə 12 il cəza istəyib

Ölkə
 26-08-2022, 15:14     546


Prokuror Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə, dörd zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır. Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26