Interposta.Info

MİT Suriyada PKK liderlərindən birini məhv etdi
 

Ölkə
 22-08-2022, 18:52     204

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı MİT Suriyanın şimalında keçirdiyi əməliyyatda Qamışlı bölgəsində PKK/YPG terror qruplaşmasının hərbi təlimindən məsul olan Möhyəddin Gölü məhv edib.

"İnterPosta" bu barədə TRT-yə istinadən xəbər verir.

Terrorçu PKK/YPG qruplaşmasının Suriyanın şimalındakı hərbi təlim orqanı olan "Hebat Derik”in rəhbəri olub.

Möhyəddin Göl əvvəllər "Sülh bulağı” və "Zeytun budağı” əməliyyatları zamanı Türkiyə Ordusu və Suriya Milli Ordusuna qarşı bir neçə terror əməliyyatına görə məsul şəxs kimi tanınıb.

"Hebat Derik" PKK/YPG-nin terror təlim təşkilatı olaraq Suriyanın şimalında bu qruplaşmanın ünsürlərinə silahdan istifadə etməyi, bomba hazırlamağı, mühüm insanlara sui-qəsd etməyi öyrədir.

Son bir neçə gündə MİT Suriya və İraqın şimalında keçirilən əməliyyatlar zamanı PKK terror qruplaşmasının bir neçə liderinin öldürüldüyünü açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26