Interposta.Info

Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları işdən çıxarıldı - VİDEO

Ölkə
 10-08-2022, 17:01     408

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri ilə bağlı yeni xəbər var.

"İnterPosta" xəbər verir ki, Sfera.az-ın əldə etdiyi məlumata görə, adlarını dəqiqləşdirə bilmədiyimiz sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüb.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi "Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə "Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.

Yol polisi isə ona "Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verib. Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

İnterPosta.info

[media=https://youtu.be/Q9M_WoBzdp0]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26