Interposta.Info

Ağalı kənd orta məktəbində tədris prosesi nə vaxt başlayacaq?

Ölkə
 29-07-2022, 20:21     298

Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq.

"İnterPosta"xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə tarixində ilk dəfə olaraq Ağalı kənd məktəbinə vakant yerlər təqdim olunacaq.

Vakansiya seçimində müsabiqə üzrə minimum tələbi ödəyən namizədlər iştirak edə bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26