Interposta.Info

Azərbaycanlı şagird beynəlxalq olimpiadada iki qızıl medal qazandı (FOTO)

Ölkə
 27-07-2022, 12:57     238

Azərbaycanlı şagird Almaniyada keçirilən olimpiadada böyük uğura imza atıb.

"İnterPosta" xəbər verir ki, Allahverdiyeva Zeynəb Ramin qızı olimpiadada iki qızıl medal qazanıb.

Qeyd edək ki, Beynəlxalq Stem Olimpiadası 23 iyul 2022-ci ildə Frankfurt şəhərində yerləşən Höte adına Frankfurt Universitetində keçirilib. 15 ölkə və 225 iştirakçı arasında keçirilən yarışma riyaziyyat, təbiət elmləri və kodlaşma kateqoriyaları üzrə olub.

Ümumilikdə olimpiadada Azərbaycan 31 qızıl, 23 gümüş, 29 bürünc medal və 16 həvəsləndirici medal qazanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26