Interposta.Info

Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır (YENİLƏNİB)

Ölkə
 20-07-2022, 14:57     559

Baş Prokurorluq Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən "İnterPosta"-ya verilən xəbərə görə, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.

Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

12.53

Xaçmazda istirahət mərkəzində zəhərlənmə hadisəsi baş verib. 

"İnterPosta" xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra bir neçə nəfərin vəziyyəti pisləşib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib: "Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.


11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onların zəruri tibbi xidmət göstərilir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26