Türkiyədə kütləvi zəhərlənmə baş verib, 56 nəfər xəstəxanaya yerləşdirilib
Türkiyənin Ərzincan şəhərində kütləvi zəhərlənmə baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində təşkil orduya yollanma mərasimlərindən sonra qonaqlar banketə dəvət edilib.
Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib. Ümumilikdə xəstəxanaya 21-i uşaq olmaqla 56 nəfər yerləşdirilib.
Bildirilir ki, onlara ilkin tibbi yardım göstərilib və hazırda həkimlərin nəzarəti altındadırlar.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26