Interposta.Info

Türkiyədə yüzdən çox insan xəstəxanaya yerləşdirildi

Dünya
 9-07-2019, 10:04     10 393

Türkiyənin Gümüşxane vilayətində 120 nəfər sudan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, vilayətin bəzi kənd sakinləri zəiflik, sancı, ürəkbulanma, qusma, diareya, baş ağrısı və tərləmə şikayəti ilə xəstəxanaya müraciət ediblər.

3 gün müddətində xəstəxanaya müraciət edən 120 nəfər ambulator müalicəyə buraxılıb.

Vilayətin səhiyyə işçiləri tərəfindən aparılan ilkin araşdırmalara görə, suda bağırsaq basili və koliform bakteriyaları aşkar edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26