Interposta.Info

Marin Le Pen partiya liderliyindən getdiyini açıqladı, lakin...  

Ölkə
 20-06-2022, 22:04     201

Fransa millətçilərinin lideri Marin Le Pen sağçı “Milli Birlik” partiyasının rəhbəri postuna qayıtmaq fikrində olmadığını bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Francebleu saytı məlumat yayıb.

Marin Le Pen bunun əvəzinə Milli Assambleyada (parlamentdə) böyük fraksiyaya rəhbərlik edəcəyini açıqlayıb.

“Mən Milli Birlik rəhbəri vəzifəsinə qayıtmayacağam və diqqətimi bu çox böyük (parlament) qrupa sədrlik etməyə yönəldəcəm”, -deyə Le Pen bildirib.

Siyasətçinin sözlərinə görə, Billi Birliyin son parlament seçkisində aldığı yerlərin sayı (rekord 89) onu çox "təəccübləndirib".


“Ən böyük xəyalarımızda belə 60 deputatımız olacağına ümid edirdik. Doğrudur, soydaşlarımızın səfərbər olması, mühacirlərə və islamçılığa qarşı mübarizənin parlament seçkilərində bu cür əks olunması bizi xoş mənada təəccübləndirdi”,-deyə o söyləyib.

Qeyd etmək lazımdır ki, Marin Le Pen vaxtilə, 2021-ci ilin sentyabrında da sonradan Emmanuel Makrona uduzacağı prezident seçkilərinə hazırlaşmaq üçün Milli Birlik partiyasının lideri postunu müvəqqəti olaraq buraxdığını açıqlamışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26